FİFA-dan ağır cəza
FİFA daha bir ölkəyə qarşı sərt sanksiya tətbiq edib. Şri Lanka Futbol Federasiyasının quruma üzvlüyü dayandırılıb.
Buna səbəb Asiya ölkəsində idman qurumları, o cümlədən futbol federasiyasının müstəqilliyini təhdid edən bir sıra qərarların verilməsidir. Şri Lankada futbol federasiyasına seçkilər keçirilib. Lakin tədbir FİFA və AFK standartlarına uyğun olmayıb. Şri Lanka milliləri və klubları beynəlxalq yarışlarda iştirak etmək hüququna məhrum edilib.