FİFA braziliyalı futbolçuların cəzasını ləğv etdi
İngiltərə Premyer Liqasının braziliyalı oyunçuları həftəsonu keçiriləcək çempionat matçlarında iştirak edə biləcək. “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Lids”in 8 futbolçusuna qarşıdakı 5 gendə meydana çıxmaq qadağası qoyan FİFA cəzanı ləğv edib. Premyer Liqa klubları oyunçularını Braziliya milli komandasına buraxmadığı üçün cəza almışdı. Braziliya Futbol Konfederasiyası, həmçinin FİFA-ya narazılıq bildirən Çili Futbol Federasiyası, Meksika və Paraqvay futbol assosiasiyaları şikayətlərindən imtina edib. Bu üzdən də futbolçularla bağlı sanksiya ləğv olunub.