FİFA beynəlxalq yarışların təqvimini müzakirəyə çıxarır
FİFA dünya çempionatlarının iki ildən bir keçirilməsi təklifi də daxil olmaqla, beynəlxalq yarışların təqvimi ilə bağlı müzakirə aparacaq. Qurum bunun üçün aparıcı federasiyaları və təşkilatları toplantıya dəvət edib.
Videokonfrans şəklində baş tutacaq görüş sentyabrın 30-na təyin olunub.
Həmin gün iclasda təkcə federasiya rəsmiləri iştirak etməyəcək.
Eyni zamanda FİFPronun, klubların, liqaların, konfederasiyaların, o cümlədən UEFA-nın nümayəndələri də toplantıya qatılacaq. Əsas müzakirə mövzusu dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı olacaq. Beynəlxalq yarış təqviminin təkmilləşdirilməsi üçün də fikir mübadiləsi aparılacaq.