“Feyenoord” 50 ildən sonra

“Feyenoord” 50 ildən sonra

“Feyenoord” Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub. Niderland klubu 50 ildən sonra bu mərhələyə yüksəlib.

Rotterdam təmsilçisi pley-offda “Milan”ı mübarizədən kənarlaşdırıb. “Feyenoord” sonuncu dəfə yarım əsr əvvəl – 1974/75 mövsümündə 1/8 finala adlamışdı. O zaman 1/16 finaldan yarışa başlayan Rotterdam klubu bir mərhələ keçməklə 1/8 finala yüksəlib.

Qeyd edək ki, “Feyenoord” evdə 1:0 hesabı ilə məğlub etdiyi “Milan”la səfərdə sülhə imza atıb – 1:1.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanın mövqeyi dəyişmədi

Növbəti yazı

Ximenez ÇL tarixinə düşdü