Ferstappen Bakı çempionu oldu
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb. Mübarizə saat 15:00-da başlayıb.
Yarışı “Red Bull” pilotu Maks Ferstappen lider tamamlayıb. Bu, onun ikinci Bakı çempionluğu olub. Pilot ilk dəfə 2022-ci ildə Azərbaycanda qalib adına yiyələnib.
Niderlandlı pilotu “Mercedes”dən Corc Rassell və “Uilyams”dan Karlos Sayns izləyib.












