Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Tədbir martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq. Mətbuat konfransında milli komandamızın bu ay keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.