Fernandu Santuş: “Sabahkı oyuna köklənmişik”

Fernandu Santuş: “Sabahkı oyuna köklənmişik”

Sabah Azərbaycan millisi növbəti matçını keçirəcək. Komandamız yoxlama oyununda Latviya ilə qarşılaşacaq.

Görüşdən öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib:

“Futbolçular təlim-məşq toplanışından əvvəl özlərini yaxşı tərəfdən göstəriblər. Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar. “Qarabağ” və “Sabah”ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq”.

Qeyd edək ki, Latviya – Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.06.2025

Növbəti yazı

Emin Mahmudov: “Qalib gəlməyə çalışacağıq”