Fernandu Santuş: “Qapıya zərbələri çox çalışırıq”

Fernandu Santuş: “Qapıya zərbələri çox çalışırıq”

Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Yığmamız Latviya ilə heç-heçə edib – 0:0.

Oyundan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı. İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi. Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın hazırlıq planı müəyyənləşdi

Növbəti yazı

Yeqor Boqomolski “Zirə”də