Fernandu Santuş: “Onlar gələcəkdə şans qazanacaqlar”
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirib. Mütəxəssis qarşıdakı oyunları dəyərləndirib:
“Yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik. Kimləri istəyirdimsə, çağırmışam. Bəzilərinə zədə səbəbindən dəvət göndərmədim. Bundan öncəki təlim-məşqə Ramil Şeydayevlə Ozan Can Kökçü da çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar”.