Fernandu Santuş: “Heyətdə dəyişikliklər olacaq”

Fernandu Santuş: “Heyətdə dəyişikliklər olacaq”

Azərbaycan millisi sabah növbəti matçını keçirəcək. Yığmamız Belarusla qarşılaşacaq.

Matçdan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Bunları nəzərə alaraq, dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən… Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var. Hər oyunda imkanlarımız olur ki, qalib gələk. Hamılıqa inanmalıyıq ki, qələbə gələcək. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda olar. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da yararlanmaq lazımdır. Bunları etsək, qələbə gələcək”.

ETOPAZ

Əvvəlki yazı

Səbuhi Abdullazadə: “Qarşılaşmadan üzüağ çıxmaq istəyirik”

Növbəti yazı

A Seriyasında yeni qərarlar