Fernandu Santuş: “Haiti heç də zəif rəqib deyil”
Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
“Şahin Şahniyarovda çoxlu keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orda bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir. Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil. Yalnız Emin Mahmudov deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Onlar fiziki cəhətdən yaxşı olmadıqları üçün deyil, zədəli olduqları üçün yığmaya dəvət edilməyiblər”.