Fernandu Santuş: “Deməli, vacib oyundur”

Fernandu Santuş: “Deməli, vacib oyundur”

Futbol üzrə Azərbaycan millisi sabah növbəti yoxlama matçını keçirəcək. Yığmamız Macarıstan seçməsi ilə qarşılaşacaq.

Görüşdən öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Milli oynayırsa, deməli, vacib oyundur. Bütün rəqibləri təhlil edirik və kimliyindən asılı olmayaraq onlara hörmətlə yanaşırıq. Futbol elə oyundur ki, iki komanda bir-birinə qarşı oynayır. Rəqibi təhlil etmişik, oyun üslublarını bilirik. Çətin oyun olacaq, buna baxmayaraq, futbolçular istəkli və motivasiyalıdır. Ümid edirəm, bunu meydanda göstərə biləcəklər”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.06.2025

Növbəti yazı

Bəhlul Mustafazadə: “Rəqib güclü komandadır”