Fernandu Santuş: “Bütün məsuliyyət mənim üzərimdədir”

Fernandu Santuş: “Bütün məsuliyyət mənim üzərimdədir”

Millətlər Liqasında VI tura yekun vurulub. Yığmamız səfərdə İsveçə uduzub – 0:6.

Matçdan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik. Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

ETOPAZ

Əvvəlki yazı

İsveç A Liqasında, Türkiyə məğlub oldu

Növbəti yazı

“Kəpəz”in 2 futbolçusu əməliyyat olunacaq