Fernandu Santuş: “Bunları aradan qadırmağa çalışırıq”

Fernandu Santuş: “Bunları aradan qadırmağa çalışırıq”

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. Yığmamız qrup mərhələsinin 5-ci turunda Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Yığmamızın baş məşqçisi Fernandu Santuşun matçdan öncə mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tnaış edirik:

“Çalışırıq ki, komandanın bərpa olmaq üçün daha çox vaxtı olsun. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda oyuna çox yaxşı hazırlaşıb. Düşündük ki, futbolçuların bərpa olunmaq üçün 24 saat vaxtları olsun. Oyunları təhlil edəndə çatışmayan cəhətləri görürük. Son iki matçda komanda yaxşı oynadı, futbolçularımız inkişaf edir. Estoniya ilə matçda yaxşı oyun nümayiş etdirdik. Qapımızda gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Bunları aradan qadırmağa çalışırıq. Slovakiyaya qarşı da yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolda belə detallar vacibdir. Oyunçularım yaxşı məşq ediblər, çox istəklidirlər, pozitiv nəticə qazanmaq üçün sabah əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik, istədiyimiz yerə gəlib çatacağıq.

ETOPAZ

Əvvəlki yazı

Haalanddan yeni göstərici

Növbəti yazı

Musa Qurbanlı: “Bizim üçün çox vacib matçdır”