Fernando Santoş Azərbaycan millisində!

Fernando Santoş Azərbaycan millisində!

Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qərar AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən növbəti iclasında qəbul olunub. Toplantıda yığmamızın baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernando Santoşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub. Santoşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya ilə Avropa çempionluğu nəzərə alınıb. Bu üzdən də onun millimizin baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Bu prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

ETOPAZ

Əvvəlki yazı

“Latsio”nun baş məşqçisi bəlli oldu

Növbəti yazı

“Sumqayıt”da ayrılıq