Fernandinyo “Mançester Siti”dən ayrılacaq
“Mançester Siti” daha bir oyunçusu ilə yollarını ayıracaq. “Şəhərlilər”in yarımmüdafiəçisi Fernandinyo mövsümün sonunda klubu tərk edəcək.
37 yaşlı braziliyalı azad agent kimi komandadan ayrılacaq. “Atletiko Paranaense” yarımmüdafiəçi ilə müqavilə imzalamağa yaxındır.
Qeyd edək ki, Fernandinyo bu mövsüm “Mançester Siti”nin heyətində 32 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.