Fernandinyo karyerasını başa vurdu

Fernandinyo karyerasını başa vurdu

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo peşəkar futbolçu karyerasını başa vurub. Bu barədə 40 yaşlı oyunçu özü açıqlama verib.

Fernandinyo futbolda hər şeyi qazandığını və oynamaq üçün motivasiyasının qalmadığını bildirib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində “Atletiko Paranaense”, “Şaxtyor” və “Mançester Siti” klublarında çıxış edib. Təcrübəli futbolçu Braziliya yığmasının heyətində 53 oyuna çıxaraq 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.11.2025

Növbəti yazı

Təxirə salınmış oyunun başlama saatı məlum oldu