Fernandeş Səudiyyə Ərəbistanı yolunda
Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Yarımada təmsilçiləri “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşlə maraqlanır.
Ölkənin suveren sərvət fondu yay transfer kampaniyası öncəsi konkret addımlar atır. Hədəflərdən biri də portuqaliyalıdır. Rəhbərlik danışıqlarla bağlı futbolçunun ətrafı ilə əlaqə saxlamaq və görüşmək niyyətindədirlər.