Fernandeş qəza törətdi
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş avtomobil qəzasına düşüb. Portuqaliya millisinin üzvü “Porsche” markalı avtomobili ilə qəza törədib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Baş verən hadisə Fernandeşin klubun məşqlərində iştirakına mane olmayacaq.
Qeyd edək ki, 28 yaşlı orta sahə oyunçusu bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 9 qol, 6 assistlə yadda qalıb.