Fernandeş daha 4 il “Mançester Yunayted”də
“Mançester Yunayted” Bruno Fernandeşlə yeni müqavilə imzalayıb. Sözləşmə 2026-cı ilə qədər qüvvədə olacaq və daha bir mövsüm uzadılması variantı da var.
Bu müqavilədən sonra Fernandeş “Mançester Yunayted”in ən çox maaş alan 3-cü futbolçusu olub. Yarımmüdafiəçinin ildə 14-15 milyon avro alacağı bildirilirib.
Portuqaliyalı 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, 117 oyun keçirib, 49 qol vurub və 39 məhsuldar ötürmə edib.