Fernadu Santuş: “Öz işimizi davam etdirməliydik”

Fernadu Santuş: “Öz işimizi davam etdirməliydik”

Millətlər Liqasında III tura start verilib. Millimiz Estoniyaya uduzub – 1:3.

Matçdan sonra yığmamızın baş məşqsi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Komanda yaxşı başladı oyuna, ilk 35 dəqiqə kompakt oynadıq. Heç şans qazanmadılar. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi. Fasilədə də dedim ki, ilk 35 dəqiqədə olduğu kimi oynamalıyıq. Rəqib ağıllı oynadı, bizə imkan vermədi ki, öz oyunumuzu oynayaq. Şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib komanda bizə meydanda yer buraxmadı. 3-4-3 sxemi ilə başladıq, ilk 35 dəqiqədə yaxşı oynadıq. Ək-hücumda qol vurdular. Bizim 4-5 real şansımız oldu. Əsas problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Biz öz işimizi davam etdirməliyik. Bu problemlərin üzərində işləməliyik. Taktikanı dəyişmək fikrimiz yoxdur. Hücum futbolu oynamaq istəyirik. Yarımmüdafiədə 4 futbolçu ilə oynayırıq. Bədavi Hüseynov kapitanımız idi, amma o azərbaycanca yaxşı danışa bilmir. Ona görə Abbas Hüseynovu kapitan seçdik”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

Uruqvaydan məğlubiyyət