Feliksin transfer qiyməti bəlli oldu
“Atletiko”nun futbolçusu Joao Feliks klubunu dəyişə bilər. Madrid təmsilçisi hücumçunu satacağı qiyməti müəyyənləşdirib.
“Atletiko” portuqaliyalı üçün 100 milyon avro istəyir. Joaonun özü də 2019-cu ilin yayında keçdiyi klubdan ayrılmaq niyyətindədir. Lakin İspaniya klubu 127 milyona aldığı oyunçunu 100 milyondan aşağı qiymətə buraxmayacağını qətiləşdirib.