Feliksdən 60-cı qələbə
Feliks Oje-Alyassim 2022-ci ildə 60-cı qələbəsini qazanıb. Dünyanın 6-cı raketkası Devis kubokunda avstraliyalı Aleks de Minauru məğlub edib.
6:3, 6:4 hesablı qələbə kanadalı üçün mövsümdə 60-cı olub. O, il ərzində 27 dəfə uduzub.
Oje-Alyassim il ərzində ən çox qələbə qazanan iki tennisçidən biridir. Stefanos Tsitsipasın 61 uğuru var.