Feliksdən 100-cü qələbə
Dünyanın 11-ci raketkası Feliks Oje-Alyassim Stokholm turnirində yarımfinala yüksəlib. O, 1/4 finalda Botik van de Zandşulpa qalib gəlib. Matçın taleyi iki setdə həll olunub – 6:4, 6:3.
Bu, 21 yaşlı kanadalının ATP səviyyəsində 100-cü qələbəsidir. Debütü 2018-ci ilə təsadüf edən tennisçi “100”ə üç ildə çatıb.
O, mövsümdə 5-ci dəfə yarımfinala yüksəlib. Feliks əvvəlki dörd cəhdin ikisində finala vəsiqə qazana bilib.