Feliks “Top-10”da
Dünyanın 11-ci raketkası Feliks Oje-Aıyassim ilkə imza atıb. Kanadalı tennisçi karyerasında ilk dəfə “Top-5”dən olan rəqibinə qalib gəlib. O, ATP kubokunda Aleksandr Zverəvi məğlub edib – 6:4, 4:6, 6:3.
Bu qələbə Kanada yığmasını yarımfinala daşıyıb. Feliks isə turnirin yekununda “Top-10”a daxil olacaq. O, Yannik Sinneri “onluq”dan çıxaracaq.