Feliks Premyer Liqa klubuna “yox” dedi
Joao Feliksin gələcəyi qeyri-müəyyən olaraq qalır. Portuqaliyalı 2022-23 mövsümünün ikinci hissəsini icarə əsasında “Çelsi”də keçirdi, lakin o, yenidən “Atletiko”ya qayıdacaq.
Futbolçunun xidmətində “Aston Villa” maraqlıdır. Lakin Feliks bu komandada oynamaq istəmədiyini bildirərək imtina cavabı verib. 23 yaşlı hücumçu Çempionlar Liqasında çıxış etməyən klubda çıxış etmək niyyətində deyil.