Feliks “Çelsi” yolunda
“Atletiko”nun hücumçusu Joao Feliks komandanı tərk edəcək. O, karyerasını “Çelsi”də davam etdirəcək.
Tərəflər 24 yaşlı portuqaliyalının transferi ilə bağlı razılığa gəliblər. Onunla 6+1 illik müqavilə imzalanacaq. Futbolçu 2 gün ərzində “Çelsi”də tibbi müayinədən keçəcək.