Feliks “Aston Villa”nın hədəfində

Feliks “Aston Villa”nın hədəfində

“Çelsi”nin futbolçusu Joao Feliks karyerasını “Aston Villa”da davam etdirə bilər. İcarə əsasında “Milan”da çıxış edən 25 yaşlı hücumçu Birmingem klubunun maraq dairəsinə düşüb.

Londonlular portuqaliyalı futbolçunun satılmasına qarşıdır və onun növbəti dəfə icarəyə verilməsinin tərəfdarıdırlar. “Aston Villa”nı Feliksin yüksək maaş alması çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, Joao yanvardan “Milan”da icarə əsasında oynayır. O, 10 oyunda 1 qol vurub, 1 ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”ın futbolçusu Ərəbistan yolunda

Növbəti yazı

Braziliyadan çətin qələbə