Feliksə 80 milyon avro
“Atletiko”nun futbolçusu Joao Feliksin keçə biləcəyi klub bəlli olub. Portuqaliyalı hücumçunun yeganə müştərisi “Nyukasl”dır.
Hazırda “Çelsi”də icarədə olan 23 yaşlı forvard madridlilərin baş məşqçisi Dieqo Simeonenin planlarına daxil deyil. Əgər Feliks “Çelsi”də qalmasa, yalnız “Nyukasl” onun transferini reallaşdıra bilər. İspaniya klubu onun üçün 80 milyon avro istəyir.
Cari mövsümün 35 matçında 7 qol vuran Feliksin “Atletiko” ilə anlaşması 2027-ci ilin yayında başa çatacaq.