Federer Konnorsa, Cokoviç “1000”ə doğru
Karyerası ərzində ən çox qələbə qazanan kişi tennisçilərin siyahısı açıqlanıb. ATP seriyalı turnirlərin rekordçusu Cimmi Konnorsdur. Rocer Federer ondan 23 qələbə geri qalır. Bu cütlükdən başqa daha iki tennisçi 1000 və ya daha çox oyunda qalib gəlib. Dünyanın birinci raketkası Novak Cokoviç bu rəqəmə çatmaq üçün 11 qələbə qazanmalıdır.
1. Cimmi Konnors – 1274
2. Rocer Federer – 1251
3. İvan Lendl – 1068
4. Rafael Nadal – 1028
5. Novak Cokoviç – 989
6. Gilyermo Vilas – 951
7. İlie Nastase – 905
8. Con Makinroy – 883
9. Andre Aqassi – 870
10. Stefan Edberq – 801