Favoritlər itkisiz davam edir

Favoritlər itkisiz davam edir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində iki qarşılaşma baş tutub.

“Real” “Leypsiq”in, “Mançester Siti” isə “Kopenhagen”in qonağı olub. Hər iki görüş favoritlərin qələbəsi ilə nəticələnib.

“Kral klubu” Brahim Diazın qolu ilə minimalhesablı qalibiyyət əldə edib. “Şəhərlilər” Kevin De Breyne, Bernardo Silva və Fil Fodenin qolları ilə qələbə qazanıb – 3:1. Danimarkalıların heyətində isə Maqnus Mattson fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab matçı martın 6-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Hoylund “Real”ın maraq dairəsində

Növbəti yazı

“Mançester Siti”dən rekord