Fatiyə Premyer Liqadan elçi

Fatiyə Premyer Liqadan elçi

Ansu Fati “Barselona”nı tərk edə bilər. Gənc hücumçu “Mançester Yunayted”in hədəfindədir.

İngiltərə klubu vingerlə bağlı danışıqlar aparır. “Qırmızı şeytanlar” keçidin yayda reallaşmasını istəyir. 20 yaşlı futbolçu Premyer Liqa klubu üçün prioritetə çevrilib. “Barselona” keçidi indidən müzakirə etmək istəmir. İspaniyalılar yaya qədər gözləmək niyyətindədir.

Qeyd edək ki, Ansu cari mövsümün 19 matçında 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sobolenko Dohaya getmədi

Növbəti yazı

Jota meydana qayıdır