Fatiyə ərəblərdən təklif
Ansu Fati karyerasını Asiyada davam etdirə bilər. “Barselona”nın “Brayton”a icarəyə verdiyi hücumçunun xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.
20 yaşlı ispaniyalının nümayəndələri ilə ilkin danışıqlar olub. Fati Avropada qalmağa meyllidir. Lakin ərəblər onu razı salacağına inanırlar.
Fati cari mövsümdə 10 matça çıxıb. Onun hesabına 1 qol var.