Fatih Terim istefaya göndərildi
“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb. Təcrübəli mütəxəssis vəzifəsindən istefaya göndərilib.
Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Terimlə görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub. Yığıncaqda baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.