Fatih Terim “Əl Şabab”da
Fatih Terimin “Əl Şabab”in baş məşqçisi postuna təyinatı rəsmiləşib. Bunu Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Terim “Əl Şabab”la 6 aylıq müqavilə imzalayıb. O, İngiltərənin “Vulverhempton” klubuna keçən Vitor Pereyranı əvəzləyib. Klubun paylaşımında türkcə “Mərhaba, İmperator” ifadəsi yer alıb.
Qeyd edək ki, Terimin bunadək son klubu Yunanıstan təmsilçisi “Panatinaikos” olub.