Fati yenə zədələndi
“Barselona”nın hücumçusu Ansu Fati yenidən zədələnib. O, kubokun 1/8 final mərhələsinin “Atletik”lə matçında xəsarət alıb.
19 yaşlı forvard komandasının 2:3 hesabı ilə uduzduğu görüşü sona çatdıra bilməyib. Onun durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, Ansu cari mövsümün 10 matçında 5 qol vurub.