Fati ”Tottenhem”in hədəfində
“Barselona”nın futbolçusu Ansu Fati İngiltərədən təklif alıb. Yarımmüdafiəçi “Tottenhem”in hədəfindədir.
Londonlular onu icarəyə götürmək istəyir. Baş məşqçi Xavi də Fatinin bir mövsümlük icarəsinə icazə verib. “Barselona” rəhbərliyi 20 yaşlı futbolçunun maaşının tam şəkildə “Tottenhem” tərəfindən ödənilməsini istəyir. Onun illik maaşı 10 milyon avrodur.