Fati “Monako”nun hədəfində

Fati “Monako”nun hədəfində

“Barselona” növbəti mövsümdə Ansu Fatinin xidmətindən istifadə etməyəcək. Onun “Monako”ya icarəyə verilməsi planlaşdırılıb.

Müqavilənin şərtlərinə görə knyazlıq klubu 12 milyon avro ödəməklə Fatinin transferini həyata keçirə biləcək. Əvəzində “Barselona” Ansunin növbəti satışından yüksək faiz əldə edəcək.

Qeyd edək ki, 22 yaşlı hücumçu başa çata mövsümdə La Liqada 6 oyunda meydana çıxsa da fərqlənə bilməyib.

ETOPAZ

Əvvəlki yazı

“Bayer”də yeni qapıçı

Növbəti yazı

Sançodan vida mesajı