Fati “Barselona”nı tərk etmək istəmir
“Barselona”nın yarımmüdafiəçisi Ansu Fatinin durumuna aydınlıq gəlib. O, bu transfer pəncərəsində Kataloniya klubundan ayrılmaq fikrində deyil.
20 yaşlı yarımmüdafiəçi La Liqanın 1-ci turunun “Xetafe” ilə oyununda (0:0) cəmi 11 dəqiqə meydanda olmasına baxmayaraq, gələcəklə bağlı fikrindən dönməyib. Ansu baş məşqçi Xavinin etimadını qazanmağa hazırlaşır.