Fati “Barselona”nı tərk edəcək

Fati “Barselona”nı tərk edəcək

“Barselona”da ayrılıq yaşanacaq. Ansu Fati komandadan ayrılacaq.

Komandanın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində 22 yaşlı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. “Barselona” 2024/2025 mövsümü bitdikdən sonra Fati üçün təkliflər gözləyəcək.

Hücumçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. Onun kataloniyalılarla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

ETOPAZ

Əvvəlki yazı

“İnter”də ciddi itki

Növbəti yazı

Mahir Emreli “Nürnberq”i tərk edəcək