Fabreqasdan vida
Sesk Fabreqas karyerası ilə bağlı qərarını verib. İspaniya yığmasının, “Çelsi”, “Arsenal” və “Barselona” kimi klubların sabiq yarımmüdafiəçisi peşəkar futbolçu həyatını başa vurub.
Fabreqas ötən mövsüm formasını daşıdığı “Komo”nun əvəzedicilərdən ibarət komandasında məşqçilik edəcək. O, peşəkar karyerasına 2003-cü ildə “Arsenal”da başlayıb. Futbolçu həyatı ərzində 16 titul qazanıb. İspaniya millisinin sabiq üzvü Avropa (iki dəfə) və dünya çempionu olub, həmçinin İngiltərədə (2014/15 mövsümündə “Çelsi” ilə) və İspaniyada (2012/13 mövsümündə “Barselona” ilə) ən yüksək titulları qazanıb.
39 yaşlı Sesk millidə 2006-16-cı illərdə 110 oyuna 15 qol vurub.