Fabreqas B Seriyasında
Sesk Fabreqasın yeni klubu müəyyənləşmək üzrədir. O, karyerasını İtaliyanın ikinci divizionunda davam etdirməyə yaxındır.
Futbolçu “Komo” klubu ilə 2024-cü ilə qədər müqavilə imzalayacaq. Komandanın idman direktoru Dennis Uays futbolçu ilə şəxsən maraqlanır.
Fabreqas özü də İtaliyada oynamaq istəyir. Həmçinin, onun qərarında gələcəkdə məşqçi olmaq istəyi də təsir edib.