Fabio “Real”ın hədəfində
“Real” heyətinə daha bir mərkəz hücumçusu qatmağı planlaşdırır. İspaniya təmsilçisi Fabio Silvanın xidmətində maraqlıdır.
“Vulverhempton”un futbolçusu artıq bu yay Madrirə köçə bilər. 19 yaşlı portuqaliyalı 2020-ci ilin sentyabrında “Porto”dan İngiltərə klubuna keçib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Silva cari mövsüm Premyer Liqada keçirdiyi 22 matça çıxıb.