Fabinyo “Milan” yolunda
Fabinyo Avropaya qayıtmaq istəyir. 32 yaşlı futbolçuya “Milan” maraq göstərir.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun üzvü olan yarımmüdafiəçi özü də bu təklifə müsbət yanaşır.
Ciddə şəhəri təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyununun 30-da başa çatacaq Fabinyo məhz bundan sonra “Milan”la müqavilə imzalamağa daha isti baxır.












