Fabinyo “Liverpul”dan ayrılır
Fabinyo “Liverpul”un təlim-məşq toplanışında iştirak etməyəcək. O, komanda ilə Almaniyaya yollanacaq heyətdən kənar düşüb.
29 yaşlı braziliyalı yarımmüdafiəçi “Əl-İttihad”a keçməyə yaxındır. Səudiyyə Ərəbistanı klubu onun üçün 40 milyon funt sterlinq ödəyəcək. Futbolçunun özü də keçidə razılıq verib.
Qeyd edək ki, Fabinyo ötən mövsümün 49 matçında 2 assistə imza atıb. Onun müqaviləsi 2026-cı ilin yayında bitməlidir.