Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının prezidenti seçilib. Bu məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
O, qurumun 29-cu Konqresində səs çoxluğu ilə yenidən bu vəzifəyə seçilib. Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidentidir.