“Fənərbaxça”nın cəzaları bəlli oldu

“Fənərbaxça”nın cəzaları bəlli oldu

“Fənərbaxça”ı Türkiyə Superkubokunun finalında “Qalatasaray”la matçın 3-cü dəqiqəsində meydanı tərk edib. Bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası bəzi qərarlar verib.

Qərara əsasən “Fənərbaxça”ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub. Digər tərəfdən, “sarı-lacivərd”i  meydandan çıxaran Ahmet Ketencinin 60 günlük həbs və 520 min TL pul cəzası aldığı açıqlanıb.

Superkubok matçı zamanı “Qalatasaray” azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə “sarı-qırmızılar” ümumilikdə 212 min TL ziyana düşüb. Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin “Qalatasaray” olduğu qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Nurkiçdən qeyri-adi göstərici

Növbəti yazı

Messinin qazancı bəlli oldu