“Fənərbaxça”dan yeni transfer

“Fənərbaxça”dan yeni transfer

“Samsunspor” Entoni Musaba ilə yollarını ayırıb. Klub onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, onun yeni komandası da bəlli olub. “Fənərbaxça” niderlandlı cinah oyunçusunun azad qalma haqqını ödəyərək transferi rəsmiləşdirib.

İstanbul təmsilçisi Entoni Musaba ilə 4,5 illik müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

“Vilyarreal”dan yeni transfer

Növbəti yazı

Solomonun yeni klubu bəlli oldu