“Fənərbaxça”dan Lövə təklif

“Fənərbaxça”dan Lövə təklif

“Fənərbaxça” Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Lövü komandanın sükanı arxasına gətirmək cəhdlərini davam etdirir. 61 yaşlı mütəxəssis İstanbul klubunun ilk seçimi olaraq qalır

“Sarı-lacivərdlilər” Lövü baş məşqçi postuna gəlməyə razı salmağa çalışır. Almaniyalı çalışdırıcıya 2024-cü ilin yayına qədər nəzərdə tutulan – yəni 2,5 illik müqavilə təklif olunub. Təcrübəli mütəxəssisin Almaniya Bundesliqasından da iki təklifinin olduğu bildirilir.

Lövün son iş yeri 2006-2021-ci illərdə çalışdırdığı Almaniya millisi olub. Onun rəhbərliyi altında komanda 2014-cü il dünya çempionatının və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub

ETOPAZ

Əvvəlki yazı

Osaka Melburn turniri ilə vidalaşdı

Növbəti yazı

Loris “Renn”in hədəfində