“Fənərbaxça”dan inamlı qələbə, “Qalatasaray” məğlub oldu
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Bu gün 8 matç keçirilib.
“Fənərbaxça” “Anderlext”i qəbul edib. İstanbullular görüşü inamlı qələbə ilə bitiriblər – 3:0.
“Qalatasaray” isə səfərdə “AZ Alkmaar”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
“Fənərbaxça” (Türkiyə) – “Anderlext” (Belçika) 3:0
“Ferensvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya) 1:0
“Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya) 1:2
“Yunion” (Belçika) – “Ayaks” (Niderland) 0:2
“Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə) 4:1
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) 1:1
PAOK (Yunanıstan) – FCSB (Rumıniya) 1:2
“Tvente” (Niderland) – “Bodo-Qlimt” (Norveç) 2:1